K2 Black Panther | |
---|---|
| |
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2014 |
Xüsusiyyətləri | |
Ağırlığı | 55,0 ton |
Zireh | Bilinməyən zireh növü |
Sürət | 70 km/h |
Əsas silah | 120 mm yivsiz top |
Köməkçi silah | 1 ədəd K6 ağır pulemyot |
Uzunluğu |
7,5 m; 10,8 m |
Eni | 3,60 m |
Hündürlüyü | 2,40 m |
Ekipaj | 3 (Kamandir, Sürücü, Nişancı) |
Vikianbarda əlaqəli mediafayllar |
K2 Black Panther (Hanqıl: K2 '흑표'; Hanca: K2 '黒豹') — Cənubi Koreyanın Hyundai-Kia Automotive Group şirkətinin hazırladığı əsas müharibə tankı. Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır. Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bundan əlavə, bu ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanmışdır, ilk tank isə 2014-cü ildə orduya təhvil verilmişdir. 1 ədədinin qiyməti 9.5–9.8 milyon ABŞ dollarıdır.